Foqts susur, klublar açıqlayır

Foqts susur, klublar açıqlayır
"Neftçi", "Rəvan" və "Rubin"in ardınca milli komandamıza dəvət alan daha iki klubun futbolçuları müəyyənlənib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" və "Qəbələ" yığmanın toplanışına qatılacaq futbolçularının adlarını açıqlayıblar.
"Xəzər Lənkəran"dan Rasim Ramaldanovla Rahid Əmirquliyev Dubaya gedəcək. Ancaq hər iki futbolçu hazırda zədəlidi. Bu səbəbdən onlar Filippinə qarşı oyunu buraxa bilər.
"Qəbələ"dən isə Kamran Ağayev və Elnur Allahverdiyev yığmaya çağırılıb. Vladimir Levin isə ehtiyat heyətə salınıb.
Qeyd edək ki, "Neftçi" Rəşad Sadiqov, Araz Abdullayev və Elvin Yunuszadənin, "Rubin" Ruslan Abışovun, "Rəvan" isə Novruz Məmmədovun yığmaya dəvət olunducunu açıqlayıb. Sonuncunun adı ehtiyat heyətə salınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər