Türkiyə Kubokunda qrup mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə Ali Gökdemirin çıxış etdiyi "Elazığspor" "Tokatspor"u qəbul edib.
Oyun Super Liqa klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qələbəyə rəğmən "Elazığspor" qrupdan çıxa bilməyib. Gökdemirin komandası 8 xalla üçüncü pilləni tutub.
Fanat.az