Levandovskinin yerini kim dolduracaq?

Levandovskinin yerini kim dolduracaq?

Robert Levandovskinin "Bavariya" ilə yayda qüvvəyə minəcək müqavilə imzalaması "Borussiya"nın forvard axtarışına başlamasına səbəb olub. Fanat.az xəbər verir ki, Dortmund klubunda polşalı ulduzun yerini tuta biləcək əsas namizədin adı müəyyənləşib.

Almaniya mediasının məlumatına görə, baş məşqçi Yurgen Kloppun əsas namizədi "Herta"da çıxış edən Adrian Ramosdu. Cari mövsümdə Bundeslinada 14 qol vuran 28 yaşlı kolumbiyalı forvard bombardirlər yarışına başçılıq edir. Onun "Herta" ilə müqaviləsi 2015-ci ildə başa çatacaq. Məlumatlara görə, "Borussiya" bu transferi 8-10 milyon avroya həll edə bilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər