188 gün sonra gələn qələbə

188 gün sonra gələn qələbə
“Sumqayıt”ın Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Fanat.az xəbər verir ki, ardıcıl 19 oyundu qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri XXIII turda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyub.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə III turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoyub.
Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları “Şəfa”, “Bakı” (hər ikisi 32), “Energetik” (28) və “Göyəzən”ə (27) məxsusdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər