1 dəqiqə oynadı, millimizə qoşuldu

1 dəqiqə oynadı, millimizə qoşuldu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası "Havelse"ni qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Taşkın 89-cu dəqiqədə Orhan Ademinin yerinə meydana çıxıb.
Qeyd edək ki, "Ayntraxt" 11 turda 17 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Taşkın dünən millimizin Frankfurtdakı təlim-məşq toplanışına qoşulmalı idi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər