Özkaranın ayağı "Sivasspor"a düşmədi

Özkaranın ayağı "Sivasspor"a düşmədi

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” səfərdə “Çaykur Rizəspor”un qonağı olub

Oyun 1:1 hesabı ilə başa çatıb. Özakara oyunu ehtiyat oyunçular skamyasından izləyib və 90-cı dəqiqədə meydana çıxıb. Ancaq futbolçumuzun ayağı düşərli olmayıb. Özkara meydana daxil olduqdan sonra “Sivasspor” qol buraxaraq, qələbəni əldən verib.

Qeyd edək ki, “Sivasspor” 50 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər