Yuri Syomin: "Həm şərəfli, həm çətindi"

Yuri Syomin: "Həm şərəfli, həm çətindi"
"Bürünc medal nəinki klubun, həmçinin özümün şəxsi nailiyyətim hesab edirəm. Azərbaycan çempionatının ən güclüləri üçlüyünə düşmək nəinki şərəfli, həmçinin, son dərəcə çətindi. Son vaxtlar ölkənin ən yaxşı klubları keyfiyyətli legionerlərlə gücləniblər və medallar uğrunda ciddi mübarizə gedirdi". Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
“Sport-ekspress”ə açıqlama verən rusiyalı mütəxəssis klub rəhbərliyinə təşəkkür edib: "Mənə xoşdu ki, liderlər üçlüyünə faktiki olaraq, yeni komanda ilə düşmək mümkün oldu. Əvvəllər bir-birini tanımayan insanları bir məqsəddə birləşdirə bildik. Bu işdə klub rəhbərliyinin böyük əməyi var. Onlar bizə işləmək və oyunlara hazırlaşmaq baxımından rahat şərait yaratdılar. Bizim yüksəlişimiz və enişimiz oldu. Ancaq komandadakı mənəvi ab-hava kluba yenidən öz səviyyəsini yığmağa və çempionatın yekun kəsiyini uğurla keçirərək, ilk dəfə Avropa Liqasının iştirakçısı olmağa imkan verdi. Hesab edirəm ki, klub öz inkişafında düzgün yoldadı. Biz çempionatda yaxşı işlədik. Ancaq qarşıda mövsümün əsas oyun - Azərbaycan Kubokunun finalı var ki, bura da “Qəbələ” ilk dəfədir çıxıb”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər