"Qarabağ"ın futbolçusu Çumbinyo Yunanıstan klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə OFİ və “Asteras” maraqlanır.
Lakin 27 yaşlı futbolçu "Qarabağ"ı tərk etmək niyyətində deyil. Çumbinyo avrokuboklarda iştirak edəcək Azərbaycan çempionu ilə yoluna davam etmək istəyir.
Qeyd edək ki, Çumbinyo ölkəmizə Yunanıstandan gəlib. O, müqavilə ilə “Olimpiakos”a məxsus idi. Çumbinyo icarə əsasında OFİ və “Asteras”da, həmçinin “Panserraikos” və “Levadiakos”da çıxış edib. Braziliyalı "Qarabağ"ın heyətində 40 rəsmi oyuna çıxıb və 9 qol vurub.
Fanat.az