"Qalatasaray"ın formasını geyinən Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau qurucusu və elçisi olduğu dərnəyin çəkdiyi sənədli filmin qalasına qatılıb. Fanat.az xəbər verir ki, "Sex voor 5 euro" (5 avroya seks) adlı film fahişəliyə məcbur edilən uşaqların həyat hekayələrindən bəhs edir. Film iyunun 5-də Hollandiyada yayımlanmağa başlayacaq.
Fanat.az