Yığmamızın üzvləri Almaniya və Çində yarışacaq

Yığmamızın üzvləri Almaniya və Çində yarışacaq
Azərbaycan Üzgüçülük Federasiyasında növbəti hazırlıqlar prosesi start götürüb. Fanat.az xəbər verir ki, bu barədə məlumatı Federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. 
Onun sözlərinə görə Avropa Olimpiya Oyunları öncəsi Azərbaycan üzgüçüləri və vaterpol milli komandası müxtəlif mötəbər yarışlarda və beynəlxalq turnirlərdə iştirak edəcək. 
Məqsəd Rəhimov bildirib ki, üzgüçülərimiz Boris Kirilov və Evgeni Lazuka Almaniyanın Berlin şhərində keçirilən Avropa birinciliyində güclərini sınayırlar. 
Bu gündən etibarən üzgüçümüz Elvira Həsənova Çinin Namq-Çhiq şəhərində keçirilən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. Yarışlar avqustun 23-dək davam edəcək.
Azərbaycan Üzgüçülük Federasiyasının 1998-1999-cu il təvəllüdlü idmançılardan ibarət vaterpol milli komandası avqustun 17-dən etibarən Polşanın Brest şəhərində təlim məşq toplantılarına start verir. 7 gün məşqlərin ardından vaterpolşularımız beynəlxalq turnirdə güclərini sınayacaqlar. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Polşa, Bolqarıstan, Rusiya, Belarusun komandaları da mübarizə aparacaq.
Azərbaycan Vaterpol komandasının baş məşqçisi Azər Babayevin sözlərinə görə təlim məşq toplantısında 16 idmançı iştirak edəcək: "Komandamızı demək olar ki, artıq komplektləşdirmişik. Amma bu təlim məşq toplanışında və iştirak edəcəyimiz turnirdə yenə də bir daha idmançılarımızı nəzərdən keçirəcək, oyunlarda zəif və güclü sahələrimizə diqqət yetirəcəyik".
Qeyd edək ki, beynəlxalq turnir 4 gün davam edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər