Yaşar Seyidov OSTK-nı ittiham etdi: 30 min manat...

Yaşar Seyidov OSTK-nı ittiham etdi: 30 min manat...

"Bakı" klubunun 4 futbolçusu - Namiq Ələsgərov, Şəhriyar Əliyev, Vadim Abdullayev və Vüqar Mustafayevin "Qarabağ" və "Simurq"a keçmələri ilə bağlı kompensasiya tələb edərək, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə (OSTK) müraciət etməsinə dünən sözügedən qurum rədd cavabı verib. Fanat.az məsələyə aydınlıq gətirmək üçün "Bakı"nın vitse-prezidenti Yaşar Seyidova müraciət edib.

Klub rəsmisi OSTK-nın qeyri-qanuni qərar çıxardığını bildirməklə yanaşı, sözlərini faktlarla təsdiqləyib: "İyulun 17-də OSTK-ya müraciət etdik. Ünvanladığımız məktubda sözügedən futbolçulara azad agent statusu verilməməsini xahiş etdik. Bu quruma futbolçuların müqavilə əsasında aldıqları vəsaitə dair sənədləri təqdim etməyə hazır olduğumuzu bildirdik. Bundan sonra daha bir analoji məktubla müraciət etdik. Bizə cavab verilmədi. Əvəzində avqustun 5-də bu futbolçulara azad agent statusu verdilər. Avqustun 6-da isə, yəni azad agent statusu verildikdən sonra, bizə OSTK-dan məktub daxil oldu ki, futbolçulara ödənilən maliyyə vəsaiti barədə sənədləri təqdim edək".

Seyidov futbolçuların müqavilələrində göstərilən məbləği və ödənilən vəsait haqda da məlumat verilib: "Aylıq maaşları 500 manatdı. On ay ərzində 5 min manat pul almalı idilər. Öz imzaları ilə 30 min manat almalarına dair sənədlər var".

Vitse-prezident məsələ ilə bağlı növbəti addımlar haqda da danışıb: "Məsələni AFFA rəhbərliyi səviyyəsində həll edəcəyik. OSTK düzgün qərar çıxarmayıb. Əminik ki, məsələ xeyrimizə həll olunacaq və tələb etdiyimiz kompensasiyanı alacağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər