Premyer Liqanın XXV turunun 5 matçını 8400 nəfər canlı izləyib. Bu hər oyuna orta hesabla 1680 nəfərin maraq göstərməsi deməkdi.
Ən çox azarkeş "Sumqayıt" - "İnter" matçına toplaşıb. Autsayderin ev oyunu 2500 nəfərin marağına səbəb olub. Ən az tamaşaçı isə AZAL - "Simurq" qarşılaşmasında qeydə alınıb - 400 nəfər.
Sumqayıt - İnter (2500 tamaşaçı)
Qəbələ - Neftçi (2000 tamaşaçı)
Rəvan - Xəzər Lənkəran (2000 tamaşaçı)
Qarabağ - Bakı (1500 tamaşaçı)
AZAL - Simurq (400 tamaşaçı)
Qeyd edək ki, 25 turun 125 matçını ümumilikdə 205200 nəfər izləyib. Bu hər oyuna orta hesabla 1641 nəfərin toplaşması deməkdi. Mövsümün rekordu XX turun "Xəzər Lənkəran" - "Neftçi" (11000 nəfər), antirekordu XIX turun "Sumqayıt" - "Qəbələ" (100 nəfər) matçında qeydə alınıb. Turlar üzrə isə ən yaxşı nəticə XX (16100 nəfər), ən aşağı göstərici XIV (3700 nəfər) tura təsadüf edib.
| Turlar üzrə azarkeş sayı | ||
| Tur | Azarkeş | Orta hesabla |
| I | 8500 | 1700 |
| II | 10600 | 2120 |
| III | 11100 | 2220 |
| IV | 13450 | 2690 |
| V | 6000 | 1200 |
| VI | 10550 | 2210 |
| VII | 5450 | 1090 |
| VIII | 10400 | 2080 |
| IX | 5800 | 1160 |
| X | 7550 | 1510 |
| XI | 8950 | 1790 |
| XII | 5000 | 1000 |
| XIII | 8700 | 1740 |
| XIV | 3700 | 740 |
| XV | 8050 | 1610 |
| XVI | 7200 | 1440 |
| XVII | 8050 | 1610 |
| XVIII | 5700 | 1140 |
| XIX | 1700 | 340 |
| XX | 16100 | 3220 |
| XXI | 8000 | 1600 |
| XXII | 12500 | 2500 |
| XXIII | 6000 | 1200 |
| XXIV | 7750 | 1550 |
| XXV | 8400 | 1680 |
| Cəmi | 205200 | 1641 |
Fanat.az