Xuan Fransisko AZAL-dan ayrıldı

Xuan Fransisko AZAL-dan ayrıldı

AZAL-ın ispan futbolçusu Xuan Fransisko vətəninə qayıdıb. Fanat.az xəbər verir ki, uzun zamandı meydançadan uzaq düşən legionerin hələ bir müddət məşqə çıxa bilməyəcəyi dəqiqləşib. 

“Daban vətərlərində yırtılma” diqanozu ilə müalicə alan Xuan rəhbərliyə müraciət edərək məşq etmədiyini əsas gətirib və evə getmək istədiyini bildirib. Onun bu xahişi müsbət qarşılanıb və Xuana martın 4-nə qədər icazə verilib.

Bu arada AZAL-la Samuel Barlay da sıradan çıxıb. “Xəzər Lənkəran”la oyunda diz nahiyəsindən ağır zədə alan yarımmüdafiəçi iki həftə məşqə çıxmayacaq. Mərkəzi Gömrük Hospitalında aparılan müəayinədən sonra onun diz bağlarında gəriləmə aşkar olunub. Məhz buna görə Samuelin bir müddət istirahət etməsi və həkim nəzarətində müalicə olunması qərara alınıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər