“Mançester Yunayted”in hücumçusu Robin van Persi media mənsublarından onun əvəzinə danışmamağı xahiş edib. Fanat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, holland hücumçu bunları deyib:
“Mançester Yunayted”də xoşbəxtəm, burda məni hər şey qane edir. Düzdü, sağlam tənqidə normal yanaşmaq lazımdı. Ancaq mənə məxsus olmayan sözləri yazmağa və əvəzimə fikirləşməyə də ehtiyac yoxdu. Hələ ki, başımı çiyinlərim üzərində gəzdirirəm, onu itirməmişəm. Xahiş edirəm, söyləmədiyimi yazmayın. Rəhbərlik mənə yeni, uzunmüddətli müqavilə təklif etsə, şad olaram. 12 ildi futboldayam. Öyrənməyə davam edirəm”.
Fanat.az