Ufuk Budakın forma geyindiyi "Qaziantep BB" PTT 1-ci liqanın son turunda "Fəthiyəspor"a 0:2 hesabı ilə yenilmişdi. Millimizin üzvü meydana start heyətində çıxmış və 90 dəqiqə oynamışdı.
Fanat.az xəbər verir ki, Türkiyə mətbuatı hər iki komandanın oyunçularını dəyərləndirib. Ufukun bu matçdakı performansı 2 ulduzla qiymətləndirilib. Bu "Qaziantep BB"də ən yaxşı qiymət olub və əksər futbolçular "2 ulduz"la təltif edilib.
Fanat.az