Almaniyada peşəkar boks karyerasını davam etdirən Ünsal Arık rinqə maraqlı maykada çıxıb. Fanat.az xəbər verir ki, türk boksçu bir sıra qərarları etirazlara səbəb olan və 17 dekabrdakı rüşvət əməliyyatından sonra daha çox tənqid olunmağa başlayan baş nazir Rəcəb Tayyib Ərdoğana özünəməxsus şəkildə etiraz edib.
Belə ki, Arık rinqə üzərinə "Bu ölkə Atatürkün, Tayyipin deyil" yazılmış mayka ilə çıxıb. Döyüşdən sonra yerli kanallardan birinin qonağı olan boksçu qarşılaşmadan öncə ondan maykanı çıxartmağı tələb etdiklərini, amma bununla razılaşmayaraq, rinqə belə çıxdığını deyib.
Fanat.az