Kaxaber Tsxadadze "Qarabağ"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi rəqibin onlardan güclü olduğunu etiraf edib:
“Rəqib bizdən üstün oynadı, layiqli qələbə qazandı. Bu oyun göstərdi ki, biz avrokuboklara vəsiqə uğurunda “Qarabağ”la yox, digər komandalarla mübarizə aparmalıyıq. 0:3 hesablı məğlubiyyəti unutmaq çətin olacaq. Bu oyunu unutmalı və toparlanmalıyıq. Növbəti oyunlara hazırlaşmalıyıq. “Qarabağ”ın futbolçuları fərdi ustalıq baxımından bizimkiləri üstələyir. Bir neçə gün öncə kubok qarşılaşması oynadığımıza görə məğlub olduğumuzu düşünmürəm. “Neftçi” ilə oyunda futbolçularda özünəinam var idi, bu gün isə yox. Ustalıq səviyyəsi və fərdi keyfiyyət “Qarabağ”ın futbolçularında daha yaxşı idi”.
Fanat.az