Topaz Premyer Liqasının XXXV turunun “İnter” - “Qəbələ” (0:0) oyunundan sonra baş məşqçilər fikirlərini bildirib:
Kaxaber Tsxadadze (“İnter”in baş məşqçisi): “Komandanı və bütün klub üzvlərini ikinci yer tutması münasibətilə təbrik edirəm. Həqiqətən də, hər bir üzvümüz mövsüm ərzində böyük iş gördü. Qazanılan uğur mənim üçün çempionluğa bərabərdi. Komanda sonuncu pillədən yüksələrək çempionluq üçün mübarizə apardı. Oyunda böyük üstünlüyə malik idik. Kamran Ağayev olmasaydı, böyük hesabla qalib gələcəkdik. Kamran öz yüksək səviyyəsini bir daha göstərdi. Müdafiədə etibarlı oynadıq, yaxşı hücumlar qururduq, oyuna tam nəzarət edirdik".
Yuri Syomin (“Qəbələ”nin baş məşqçisi): “Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”.
Fanat.az