Tsxadadze: "Əmircanov artıq komandadan gedib"

Tsxadadze: "Əmircanov artıq komandadan gedib"
"Komandadan getmək istəyənlərə uğurlar arzu edirəm. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər futbolçular haqqında heç nə deyə bilmərəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis bir forvardla danışıqlar apardıqlarını bildirib: "Təbii ki, komandadan futbolçuların getməyi üzücü haldı. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan başqa digər amillər də var. Dieqo Madriqalı qışda komandaya cəlb etdik, potensialına inanırıq. Sürətlidi, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü göstərəcəyinə inanıram. Flavio Bek və İvo Taborski də komandanı tərk edənlərdəndi. Əsas heyətin 90% saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər