Kaxaber Tsxadadze "Qarabağ"la oyunla (1:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi Bakı klubunda qalıb-qalmayacağı ilə bağlı dəqiq fikir səsləndirməyib:
"Qarabağ"ı çempion olması münasibəti ilə təbrik edirəm. Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər. Çoxlu qol epizodları oldu. Hesab 2:1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici oldu. Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk 6 turdan sonra bizi ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa vuraq. Artıq 5 mövsümdü ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də, düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm. Hakimlik bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi 4 dəfə məğlub edib. Bizim 7 oyunluq qələbə seriyamız var idi. Obyektiv olmaq lazımdı".
Fanat.az