Tsxadadze kimlərdən imtina edir?

Tsxadadze kimlərdən imtina edir?
Sona 3 tur qalmış "Qarabağ"la xal fərqini 6-ya endirən və çempionluq şansını artıran "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze heyətdə "təmizlik işləri"nə başlayır. Fanat.az xəbər verir ki, baş məşqçi bəzi futbolçularla bağlı yekun qərarını verib.
Gürcü mütəxəssis 3 yerli futbolçuya qapını göstərəcək. Belə ki, gəldiyi gündən əsas heyətdə forma üzü görməyən və əvəzedici komandada gün keçirən Elhad Nəziri, həmçinin Asif Mirili və Samir Zərgərov yayda özünə komanda tapmalı olacaq. 37 yaşlı qapıçı Elşən Poladov isə karyerasını bitirərək, məşqçiliyə başlayacaq.
Əcnəbilərə gəlincə, qış transferlərindən İvo Taborski və Dieqo Madriqal ölkəmizi tərk edəcək. Kosta Rikanın "Deportivo Saprissa" klubundan gələn Dieqo Premyer Liqada 4 oyuna çıxaraq 67 dəqiqə oynayıb və 1 qol vurub. Çex Taborski isə 6 oyunda 110 dəqiqə oynayıb və qol vurmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər