“İndidən çempionluq haqda danışmağa dəyməz. Gəlin, bu qədər tələsməyək. Bilirsiz bu nəyə oxşayır? Elə bilin ki, bir adam toya gedir, ora çatmamış zəng vurub soruşurlar ki, xanəndənin səsi xoşuna gəldi?” Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
Nadirov daha sonra əlavə edib: “İrəlidə 11 tur var. Bu gün hamımız “İnter”lə oyun haqda fikirləşirik. Hər matça sonuncu kimi baxırıq. “Qəbələ”ni 9, “Neftçi”ni 10 xal qabaqlamağımız hələ heç nə demək deyil. Sabah bizi çox çətin oyun gözləyir. “İnter” güclü və iddialı rəqibdi. İstənilən komandanı məğlub edəcək səviyyədə komandadı. Oyundan müsbət nəticə ilə ayrılmağa çalışacağıq”.
Fanat.az