Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Estonia” veloyürüşündə ikinci mərhələni də uğurla başa vurub. Fanat.az xəbər verir ki, “Tartu Qran-Prisi” adı altında keçirilən bu mərhələdə iştirakçılar 150 km məsafə qət ediblər.
Komanda üzvlərimizdən ən yüksək göstərici Maykl Şvayzerə məxsusdu - ilk mərhələdə 3-cü olan velosipedçi bu dəfə finiş xəttini 3 saat 22 dəqiqə 40 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 6-cı yeri tutub. Bu nəticə Şvayzerə yarışı yekun sıralanmada 5-ci pillədə bitirməyə imkan verib. O yürüş qalibindən 12 saniyə geri qalıb.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edib ki, bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadı.
Fanat.az