Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulub. Son mərhələdən sonra iştirakçıların səsləndirdiyi fikirləri təqdim edirik:
Jüstin Jül: “Bu gün keçirilən mərhələyə Rusiyanın “RusVelo” komandası yaxşı nəzarət etdi. Yoxuş çox çətin idi. Biz 6 dəfə həmin yerdən keçməli olduq. Komandam mənə lazımı köməyi etdi və sonda mərhələni qalib kimi bitirdim. Yarışın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə idi”.
İlnur Zakarin: “Bu gün çox çətin mərhələ idi. Komanda yoldaşlarım mənə dəstək oldular və onların sayəsində qalib adını qazandım. Gələcəkdə daha da inkişaf etmək istəyirəm və bunun üçün çalışacam”.
Linus Gerdemann: “Yarış bizim üçün çox yaxşı alındı. 2 mərhələnin qalibi olduq, bu dəfə isə ikinci gəldik. Son mərhələ çətin idi. Amma biz bu günü də nəticə ilə bitirdik. 3-cü mərhələnin qalibi olan komanda yoldaşım Yusif Reqiqi bu dəfə ikinci yeri tutdu. Ümumi götürdükdə, nəticə “MTN Qhubeka” üçün yaxşıdır”.
Robert Pauer: “Çox yaxşı hisslər keçirirəm. Bu, komandamız üçün yaxşı nəticədir. Ən azından bir köynəyi qazandıq və nəticəmdən çox razıyam”.
Vitali Buts: “Biz yaxşı nəticə göstərdik. Yarışı mənim üçün uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynəyi əldə etdim. Çalışacağam ki, mövsümü də belə uğurla bitirəm”.
Samir Cəbrayılov: “Mənə bu köynəyi qazanmaq xoşdur. Amma gələcəkdə çox çalışaraq göy köynəyi qazanmaq istərdim. Bunun üçün mənə təxminən 2 il vaxt lazımdır”.
Komanda hesabında birinci yeri Ukrayna "Kolss"u tutub. Azərbaycan təmsilçisi “Synergy Baku” isə 25 komanda arasında 10-cu olub. Qeyd edək ki, yarışda 22 ölkədən 8-i Pro-Kontinental olmaqla 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.
Fanat.az