Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, kişi şahmatçıların mart ayı üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə Azərbaycanın 4 şahmatçısı yer alıb.
Ən yüksək nəticəyə Şəhriyar Məmmədyarov imza atıb. Mövqeyini qoruyan qrossmeyster 2757 xalla 13-cü olub. Teymur Rəcəbov 3 pillə geriləyərək, 37-ci yerə düşüb. Onun aktivpndə 2713 xal var.Rauf Məmmədov 3 pillə irəlilyərpək 84-cü yerə yüksəlib - 2660 xal. Eltac Səfərli “Top-100”ə daxil olub. Onun aktivində 2656 xal var və 90-cı pilləni tutur.
Qadın şahmatçıların mart ayı üçün reytinq cədvəlinin ilk "yüzlüy"ündə Azərbaycan təmsilçiləri yer almayıb. Gənc oğlanların reytinq cədvəlində 4 həmyerlimiz var. Nicat Abbasov bu siyahıda 33-cü (2516 xal), Ülvi Bacarani 42-ci (2492), Zaur Məmmədov 67-ci (2453), Misrətdin İsgəndərov 99-cu (2418) olub. Gənc qadınların siyahısında isə 3 təmsilçimiz yer alıb: Səbinə İbrahimova, (37-ci yer, 2219 xal), Günay Məmmədzadə (55, 2175), Nərmin Xələfova (59, 2171).
Fanat.az