Tale Heydərov: "Siz sülh prinsiplərini uca tutmalısınız"

Tale Heydərov: "Siz sülh prinsiplərini uca tutmalısınız"
"Artıq ənənə halını almış Qəbələ Kuboku yarışlarının sayca üçüncüsünü yaşayırıq. Doğma şəhərimizdə məhz sizləri görmək bizim üçün hər zaman xoşdu. İsti yay günlərində futbol ab-havası, idman qələbəliyi təbii gözəlliyi ilə hamını heyran edən Qəbələyə xüsusi bir canlanma, rəngarənglik gətirir". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov deyib.
Klub prezidenti bu gün statı verilən III Qəbələ Kuboku ilə bağlı düşüncələrini bölüşüb: "Qəbələ" İdman Klubunun yeniyetmə futbolçular üçün təşkil etdiyi bu turnir sadəcə futbol yarışı yox, həm də bir bayramdı. Ümid edirəm ki, bu bayram “fair-play” qaydaları çərçivəsindən kənara çıxmayacaq, tamaşaçılara unudulmaz zövq verəcək. Siz - yeniyetmələr meydançada göstərəcəyiniz gözəl oyunla, hər zərbə ilə, hər fint ilə, hər qurtarışla ünvanınıza alqışlar qazanmaqla yanaşı rəqibə, komanda yoldaşlarınıza, hakimlərə, məşqçilərinizə, tamaşaçılara hörmət bəsləməli və bununla da idmanın ən ali, dostluq və sülh prinsiplərini uca tutmalısınız. İstər meydançada, istərsə də meydançadan kənarda göstərəcəyiniz alicənablıq peşəkarlığa doğru atdığınız bu önəmli addımları daha da sürətləndirəcək. İnanıram ki, III Qəbələ Kuboku hər birinizin yaddaşlarında həm gərgin idman mübarizəsi, həm də “fair-play”in qələbəsi kimi dərin iz buraxacaq. Sizlərə uğurlar arzulayır və hər birinizi gələcəyin peşəkar futbolçusu kimi görməyə ümid edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər