“Syominlə bağlı dəqiq qərara gəlməmişik”

“Syominlə bağlı dəqiq qərara gəlməmişik”

“Qəbələ”nin prezidenti Tale Heydərov Yuri Syominin işi haqda düşündüklərini dilə gətirib. Fanat.az xəbər verir ki, o, CBC kanalına müsahibəsində bunları deyib:

 

“Syomin çox adlı-sanlı məşqçidi. “Qəbələ”yə kömək etmək üçün Azərbaycandadı. Düşünürəm ki, onun birinci ilini uğurlu hesab etmək olar. Azərbaycan Kubokunun finalına çıxmışıq və hazırda çempionatda dördüncü pillədəyik, avrokuboklara düşmüşük. O, uğura nail ola bilib. Syominin bizimlə qalıb-qalmayacağı ilə bağlı hələ dəqiq qərara gəlməmişik. Özü də düşünür. Yaxın vaxtlarda bütün xırdalıqlarımüzakirə edəcəyik. Şəxsənistərdim ki, Syomin qalsın. Təcrübəli məşqçidi. Ancaq hər şeyi zaman göstərəcək”.

 

Heydərov komandanın qarşısında ölkə kubokunu qazanmaq tapşırığı qoyulduğunu da söyləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər