Syomindən 4 dəyişiklik

Syomindən 4 dəyişiklik

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edəcək "Qəbələ"nin baş məşqçisi Yuri Syomin heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçi ilk "11-lik"də bir sıra dəyişikliklərə əl atıb.

Belə ki, Syomin "Neftçi" ilə oyunda start heyətində meydana buraxmadığı Marat İzmaylov, Ruslan Tağızadə və Nizami Hacıyevə, həmçinin sarı vərəqə limitini doldurduğu üçün həmin matçı buraxmış Dodoya start heyətində şans verib.

Həmin qarşılaşmada ilk dəqiqələrdən meydanda olmuş Amit Quluzadə və Leonardo da Silva ehtiyatda qalıb, Yannik Kamanan "18-liy"ə düşməyib. Elnur Allahverdiyev isə cəzalı olduğu üçün matçı buraxacaq.

Qeyd edək ki, zədəli Rafael Santos artıq 3 oyundu "Qəbələ"yə kömək edə bilmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər