Syomin yenə səbr istəyir

Syomin yenə səbr istəyir
Yuri Syomin "İnter"lə oyunla (1:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi müdafiəçilərin yoxluğunu bəhanə edib:
"Nəticə qanunauyğundu, "İnter" bu gün bizdən üstün oynadı. Bunun səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdı. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Levinin daha öncə harada oynaması mənim üçün önəmli deyil. 0:1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçunu meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər. Sabit çıxış etmirik, Kamran, Rafael və Nikola zədəlidi. Gənc futbolçulara şans verməli olduq. Nəticə qazanmaq üçün səbr etmək lazımdı. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər