Syomin gileyləndi, başqan haqlı çıxardı

Syomin gileyləndi, başqan haqlı çıxardı

Dünən PFL rəhbəri Ramin Musayev Azərbaycan Kuboku finalının iştirakçıları “Qəbələ” və “Neftçi”nin finalqabağı hazırlıq məşqlərinə baş çəkib və hər iki komandanının məşqçisi ilə görüşüb. Fanat.az xəbər verir ki, qurum başqanının bölgə komandasının baş məşqçisi Yuri Syominlə söhbəti çox maraqlı alınıb:

Syomin final oyununa Əliyar Ağayevin təyin edilməsindən narazılığını dilə gətirib.O, Ağayevin ikisi flaqmanla oyunda olmaqla, “Qəbələ”nin qapısına üç penalti təyin etdiyini bildirib. Buna cavab olaraq, Ramin Musayev qeydə alınmış qayda pozuntularının cərimə meydançası daxilində baş verdiyini və qərarların haqlı olduğunu deyib.“Qəbələ” futbolçularına qaydaları pozmamağı məsləhət bilib.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər