Rusiya “Mordoviya”sına baş məşqçi təyin edilən Yuri Syomin Premyer Liqamızda oynayan əcnəbiləri sərəncamında görmək istəyir. Fanat.az xəbər verir ki, rus çalışdırıcı “Qəbələ”də rəhbərliyi altında top qovmuş İbrahima Niasseni Rusiyanın elitasına vəsiqə qazanan “Mordoviya"ya aparmaq fikrinə düşüb.
Rus çalışdırıcı eyni zamanda, “Qarabağ”ın braziliyalılarının - Riçard Almeydayla Reynaldonu da gözaltı edib.
Təbii ki, adıçəkilən əcnəbilərin Azərbaycan təmsilçiləriylə müqavilələri var. Ancaq “Mordovi”ya rəhbərliyi klublarımıza para təklif etməyə də hazırdı.
Fanat.az