Dortmund "Borussiya"sının azarkeşləri şad xəbər alıb. Fanat.az xəbər verir ki, Neven Subotiç uzun fasilədən sonra meydana dönür.
Noyabr ayında "Volfsburq"la Bundesliqa matçında ön çarpaz bağlarında yırtıq əmələ gələn və bu səbəbdən mövsümü qapatdığı deyilən serb stopper məşqlərə başlayıb. Subotiç ilk məşqindən çəkilmiş videonu "Instagram" hesabında paylaşıb. 25 yaşlı müdafiəçi "Borussiya" azarkeqlərinə müraciət edib: "Narahat olmayın, daha da güclənərək meydana dönəcəm".
Fanat.az