Türkiyə Super Liqasına vəsiqə qazanan son komandanın adına play-off mərhələsində aydınlıq gələcək. Fanat.az xəbər verir ki, bu mərhələyə mövsümü 3-6-cı pillələrdə bitirmiş 4 komanda qatılacaq.
Artıq yarımfinalda qarşılaşacaq cütlüklər bəllidi. Branimir Subaşiçin forma geyindiyi "Orduspor" həlledici matça vəsiqə uğrunda "Mersin İdman Yurdu"nu sınağa çəkəcək. Digər yarımfinal cütlüyündə isə "Ankaraspor"la "Samsunspor" qarşılaşacaq.
Yarımfinalın ilk matçları mayın 9-da, cavab qarşılaşmaları 13-də baş tutacaq. Bu cütlüklərdə qalib gəlmiş komandalar mayın 18-də finalda qarşılaşaraq Super Liqaya vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, mövsümü ilk iki pillədə başa vurmuş "İstanbul BB" və "Balıkesirspor" Super Liqaya çıxıb.
Fanat.az