Türkiyərin PTT 1-ci liqasında 38-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” “Şanlıurfaspor”un qonağı olub.
Ordu təmsilçisi 4:3 hesablı qələbə qazanıb. Start heyətində yer alan Subaşiç 90 dəqiqə oynayıb. 2-ci dəqiqədə Anıla məhsuldar ötürmə verən hücumçu 12-ci dəqiqədə komandasının ikinci qolunu vurub. O, 86-cı yenə Anılın qol vurmasına şərait yaradaraq, komandasına qələbə qazandırıb. Bu onun ardıcıl 3-cü, cari mövsümdə 8-ci qolu olub.
Qeyd edək ki, "Orduspor" mövsümü 71 xalla üçüncü pillədə bitirərək, Super Liqaya birbaşa vəsiqə qazanmaq imkanını əldən verib. Subaşiçin komandası play-off mərhələsinə qatılacaq. Super Liqaya isə "İstanbul BB" və "Balıkesirspor" çıxıb.
Fanat.az