Subaşiç oynadı, Ufuk baxdı, Saşa tapılmadı

Subaşiç oynadı, Ufuk baxdı, Saşa tapılmadı
Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Adana Dəmirspor"un qonağı olub.
Oyun Adana təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç meydana çıxıb və 90 dəqiqə oynayıb.
Ufuk Budakın komandası "Qaziantep BB" evdə "Adanaspor"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" isə doğma meydanda "Karşıyaka"ya uduzub. Ufuk ehtiyatda qalıb, son dövrlər heyətlə görüşməyən Saşa isə yenə "18-liy"ə düşməyib.
Qeyd edək ki, "Orduspor" 56 xalla 3-cü, "Qaziantep BB" ilə "Dənizlispor" isə 31 xalla 13-14-cü pillələrdə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər