Stamenkoviç: "Kimsə həyəcanlı olacağımı düşünürsə..."

Stamenkoviç: "Kimsə həyəcanlı olacağımı düşünürsə..."

“Püşkün nəticəsini biz müəyyənləşdirmirik. “Partizan” düşübsə, deməli, oynamalıyıq”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin serb qapıçısı Saşa Stamenkoviç deyib.

Belqrad təmsilçisinin əzəli rəqibinin – “Srvena Zvezda”nın şərəfini qorumuş əlcək sahibi “Partizan” fanatlarının mümkün təzyiqindən çəkinmədiyini açıqlayıb: “Peşəkar futbolçuyam və komandamın uğur qazanmasına yardımçı olmalıyam. Bəlkə də yenə təzyiqlər olacaq. Ancaq onlar başa düşməlidilər ki, mən “Neftçi”nin oyunçusuyam. Kimsə həyəcanlı olacağımı düşünürsə, yanılır. Kifayət qədər təcrübəm var. Oyunlar zamanı bütün diqqətimi meydana yönəldirəm”.

 

Xatırladaq ki, Avroliqanın pley-off mərhələsində “Partizan”la üz-üzə gələcək “Neftçi”nin qapıçısı 2012-ci ilin yayında, bu komandayla Avroliqanın qrupu çərçivəsində səfərdə reallaşan görüşdə təzyiqlərə məruz qalmışdı. Təzyiqlərə rəğmən, qapısının toxunulmazlığını qoruyan qolkiper “ağ-qaralar”ı bir neçə real qoldan xilas etmişdi.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər