SON! Mustafa Dənizli qərarını verdi

SON! Mustafa Dənizli qərarını verdi

Bir müddətdi mətbuatda Mustafa Dənizlinin "Xəzər Lənkəran"ı tərk edəcəyi ilə bağlı xəbərlər yayılır. Neçə gündü vətənində olan mütəxəssisin istefa verdiyi və geri qayıtmayacağı deyilirdi. Hətta "Xəzər Lənkəran"ın Mirça Redniki geri qaytaracağı da iddia olunurdu.

Fanat.az xəbər verir ki, Mustafa Dənizli artıq yekun qərarını verib. Mübariz Mənsimovdan və klub rəhbərliyindən tam dəstək alan türk mütəxəssis komandada qalmaq qərarına gəlib və artıq yeni mövsümün hazırlıqlarına başlayıb. Dənizli 2013/14 mövsümü üçün daha güclü komanda quraraq, hədəflərinə çatmaq istəyir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər