SOCAR gürcüləri daha 1 il maliyyələşdirəcək

SOCAR gürcüləri daha 1 il maliyyələşdirəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlıq haqqında müqaviləni daha 1 il müddətinə uzadıb. Fanat.az xəbər verir ki, memorandumu ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov və Gürcüstan MOK-un prezidenti Leri Xabelov imzalayıblar.
Tərəflər qeyd ediblər ki, ARDNŞ artıq uzun illərdir müxtəlif milli idman federasiyaları ilə səmərəli əməkdaşlıq edir və Gürcüstanda idmanın inkişafına öz töhfəsini verir. ARDNŞ artıq bir ildir Gürcüstan MOK-un rəsmi sponsurudu.
MOK-dan bildiriblər ki, bu dövr ərzində Şirkət Olimpiya proqramları və layihələrinin maliyyələşdirilməsində, Olimpiya hərəkatının irəliləməsində olduqca böyük rol oynayıb.
Mahir Məmmədov "Biz Gürcüstan idmanını maksimum dəstəkləmək istəyirik. Yəqin bilirsiniz ki, biz bir neçə federasiyanın tərəfdaşıyıq. Olimpiya Komitəsi ilə əməkdaşlıq bizim üçün böyük fəxrdi".
Leri Xabelov bildirib: "Biz Gürcüstan idmanının inkişafına dəstək verən Şirkətə minnətdarıq. Onun köməyi sayəsində biz bir neçə vacib layihə həyata keçirdik. MOK-un 25 illik yubileyi yaxınlaşır və bizim planlaşdırdığımız bir çox şey var. Şadam ki, ARDNŞ bizə kömək edir".
Trend
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər