Səlahət də qalır

Səlahət də qalır

“İnter” müqaviləsinin müddəti başa çatan futbolçularından 8-ni heyətdə saxlayıb. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi başa çatan mövsümdə də komandanın uğurları üçün çalışan Baçana Tsxadadze, Georgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Səlahət Ağayev, Derlis Meza Kolli, Slavço Georgievski və Elşən Poladovla yeni birillik anlaşmalar imzalayıb.

 Sadalanan 8 futbolçudan 6-sı ilə əməkdaşlığın davam etdiriləcəyi öncədən məlum idisə, Səlahətlə Derlis də onlara qoşulub. Yaxın günlərdə “İnter” digər futbolçularla da yeni sözləşmələri müzakirə edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər