Şəhriyar İvançuku devirsə də...- YENİLƏNİB

Şəhriyar İvançuku devirsə də...- YENİLƏNİB

Bu gün Norveçin Tromsö şəhərində Şahmat Olimpiadasının X turunun qarşılaşmaları keçiriləcək. Fanat.az xəbər verir ki, qadınlardan ibarət yığmamızdan fərqli olaraq, kişilərdən ibarət komandamız medallar uğrunda mübarizəni davam etdirir.

Son 2 turda 3 xal itirən yığmamız bu gün güclü Ukrayna yığmasına qarşı mübarizə aparacaq. Ötən gün Rumıniyanın müqavimətini qıra bilməyən millimiz hazırda lider Çindən 1 xal geri qalır. Ukrayna da komandamızla eyni - 14 xala sahibdi və liderləri təqib edir.

Beləlilkə, Azərbaycan yığması üçün tarixi an başladı. Qalib gələcəkləri təqdirdə de-fakto ilk dəfə Olimpiadadan medalla qayıdacaqlar. Uğurlar, Azərbaycan!

Deyəsən yığmamız riskə getməməyi qərara alıb. Arxada qalan 45 dəqiqədən sonra "4 muşketyorumuz"un hər birinin ehtiyatlı davrandığını görürük... 

Ancaq qara fiqurlarla oynamasına baxmayaraq, Şəhriyar Məmmədyarov dünya şöhrətli Vasili İvançuku məğlub etməyi bacarıb. Təəssüf ki, Rauf Məmmədov Pavel Elyanovla görüşdə sürpriz edə bilməyib. Digər iki lövhədə isə bərabərlik qeydə alınıb.

Azərbaycan - Ukrayna 2:2

Şəhriyar Məmmədyarov - Vasili İvançuk 1:0

Teymur Rəcəbov - Ruslan Ponomaryov 0,5 : 0,5

Rauf Məmmədov - Pavel Elyanov 0 : 1

Eltac Səfərli - Aleksandr Moiseenko 0.5 : 0.5

Qadınlardan ibarət yığmamız isə bu gün meydan sahibi - Norveçlə üz-üzə gəlir.

Azərbaycan - Norveç 3:1

Zeynəb Məmmədyarova - Silye Byerke 1:0

Gülnar Məmmədova - Olqa Doljikova 0,5:0,5

Xəyalə Abdulla - Nina Koskela 0,5:0,5

Türkan Məmmədyarova - Elen Hagesater 1:0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər