Şəhriyar ermənidən sonra Ananddan xal aldı

Şəhriyar ermənidən sonra Ananddan xal aldı
Dünya şahmat tacı uğrunda iddiaçıların turnirini davam edir. Fanat.az xəbər verir ki, turnirə uğursuz başlayan həmyerlimiz Şəhriyar Məmmədyarov turnirin əsas favoritlərindən biri olan erməni Levon Aronyanı məğlub edib. 
Bununla kifayətlənməyən Şəhriyar hindistanlı Vişvanatan Ananddanla oyunda da xal qazanıb. İlk dövrədə ağ fiqurlarla rəqibinə uduzan təmsilçimiz revanş arzusunda olsa da, istəyini həyata keçirə bilməyib. Məmmədyarov 30-cu gedişdə sabiq dünya çempionu ilə “sülh” bağlayıb.
25 mart
X tur
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Dmitri Andreykin (Rusiya) 0,5:0,5
Levon Aronyan (Ermənistan) - Veselin Topalov (Bolqarıstan) 0,5:0:5
Vladimir Kramnik (Rusiya) - Pyotr Svidler (Rusiya) 0:1
Turnir cədvəli: Anand - 6,5 xal. Aronyan - 5,5. Məmmədyarov, Karyakin, Svidler - 5. Kramnik, Andreykin - 4,5. Topalov - 4.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər