"Mövsüm başa çatdıqdan sonra milli komandanın heyətinə cəlb olunmuşuq. Burada yaxşı hazırlaşırıq, komanda ürəklə məşq edir". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Şəhriyar Əliyev deyib.
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində bu ölkənin yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək millimiz hazırlıqlarını davam etdirir. Şəhriyar Əliyev ABŞ-la oyunu dəyərlənlirib: "Təlim-məşq toplanışı çərçivəsində ABŞ yığmasıyla yoldaşlıq görüşü keçirəcəyik. Oyuna ciddi yanaşırıq. Bu yoldaşlıq görüşü Avropa çempionatının seçmə mərhələsindəki oyunlarımıza müsbət təsir edəcək".
İlk dəfə milliyə dəvət alan futbolçu etimadı doğrultmağa çalışacağını deyib: "İlk dəfədi milli komandaya dəvət olunmuşam. Həyəcanlı olduğumu deməzdim. Ölkənin bir nömrəli komandasına dəvət almaq məsuliyyəti daha da artırır. Çalışacağam ki, mənə verilən bu şansdan maksimum yararlanım. Komanda üzvlərinin hamısı mənə dəstək olur. Ümumiyyətlə, mehriban kollektivimiz var. Bir ailə kimiyik. Burada hər şey çox gözəldi".
Fanat.az