Braziliyada 2014-cü il dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, ötən axşam açılış mərasiminin keçirildiyi San Pauloda ara qarışıb.
Belə ki, Braziliya - Xorvatiya matçından əvvəl etirazçılar küçələrə çıxıb. Polislə üz-üzə gələn aksiya iştirakçıları küçələri döyüş meydanına çevirib. San Paulodpkı Radial Leste magistralını bağlamaq istəyən etirazçıları dağıtmaq üçün polis bibər qazı və plastik mərmilərdən istifadə edib.
Olaylar nəticəsində çox sayda aksiya iştirakçısı ilə yanaşı, bir jurnalist də xəsarət alıb. Belə ki, CNN-nin San Paulo müxbiri Barbara Arvanitidis etirazçıların arasında qalıb və yaralanıb. Xəstəxanaya aparılan jurnalistin qolu qırılıb.
Fanat.az