Hazırda “Çelsi”də çıxış edən Samuel Eto`O keçmiş klubu “Anji”yə mükafat vəd edib. Fanat.az xəbər verir ki, “Anji” Rusiya Premeyer Liqasında yerini qoruyacağı təqdirdə, kamerunlu futbolçu komandaya 200 min avro mükafat verəcəyini bildirib.
Eto`O bu vədi “Rubin”lə qarşılaşmadan sonra “Anji”nin paltardəyişmə otağında bəyan edib. Ulduz futbolçu həmin qarşılaşmanı klubun sahibi Süleyman Kərimovla birgə izləyib.
Qeyd edək ki, 20 turdan sonra “Anji” Rusiya Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Fanat.az