Mançester Siti”nin fransız futbolçusu Samir Nəsri Fransa yığmasına dəvət almamasına çox üzülüb. Fanat.az xəbər verir ki, Nəsri artıq ikinci dünya çempionatına çağırılmadığını yada salaraq,bir daha Fransa millisinin formasını geyməyəcəyini deyib:
“Didye Deşamın məni milliyə çağırmayacağını təxmin edirdim. Buna görə də, özümü ən pis xəbərə hazırlamışdım”.
Samirin milliyə çağırılmaması Fransa millisinin keçmiş futbolçusu Patrik Vyeranı da özündən çıxarıb. “Mançester Sitin”nin əvəzedici komandasına cavabdeh olan Vyera Nəsrinin bu mövsüm sərgilədiyi futbolla Braziliyaya getməyi haqq etdiyini bildirib.
Fransa millisinin baş məşqçisi Deşam isə Nəsrini komandada gərginlik yaradacağına görə milliyə çağırmadığını iddia edib: “Komandasında ilk “11-lik”də meydana çıxdığı üçün məndən də bunu tələb edəcəkdi. Amma onun oyun forması yetərli deyil. Əvəzedici heyətdə qalmaqdan şikayət edəcək bir oyunçunu komandada görmək istəmirəm”.
Fanat.az