"İnter"dən ayrılan Samir Zərgərov karyerasını Bakı klubunda davam etdirə bilər. Fanat.az xəbər verir ki, yarımmüdafiəçinin xidmətində AZAL maraqlıdı.
Baş məşqçi Tərlan Əhmədov Samirin transferini istəyib. Keçid yaxın günlərdə rəsmiləşə bilər.
Qeyd edək ki, 2010/11 mövsümündən "İnter"də çıxış edən Samir Kaxaber Tsxadadzenin şans vermədiyi futbolçulardan biri idi. O, başa çatan mövsümdə Premyer Liqada 4 oyuna çıxaraq 114 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az