"Simurq" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Zaqatala klubu diqqətini əsasən hücum xəttinə yönəldib.
Baş məşqçi Georgi Çixrdaze səviyyəli bir hücumçunun alınmasını istəyib. Bu səbəbdən rəhbərlik namizədləri nəzərdən keçirir.
Komandanın üzvü Salif Ballonun taleyi də bu axtarışların nəticəsindən aslı olacaq. İstənilən hücumçu tapılsa, malili futbolçu komandadan kənarlaşdırılacaq.
Qeyd edək ki, Ballo başa çatan mövsümdə 27 rəsmi oyuna çıxıb və cəmi 1 qol vurub.
Fanat.az