Sadıq Sadıqovun yubiley "qənimət"i

Sadıq Sadıqovun yubiley "qənimət"i

Azərbaycan kubokunun final oyununda qələbə “Neftçi”nin prezidenti Sadıq Sadıqova yubiley titulu qazandırıb. Fanat.az xəbər verir ki, “ağ-qaralar” 2009-cu ildən kluba rəhbərlik edən funksionerin dövründə 5-ci tituluna sahib çıxıb.

 

5 ildə 5 titula sevinən Sadıqov 2010/11, 2011/12 və 2012/13  mövsümlərində Azərbaycan çempionu, 2012/13, 2013/14 mövsümlərində isə ölkə kubokunun sevincini yaşayıb. Ardıcıl 4 ildi titulsuz qalmayan “Neftçi”nin indiki rəhbəri klub tarixində titul sayına görə ikincidi.

 

Sadıqov 3 çempionluq, 2 kubok və 2 Superkubok qazanan Aydın İbrahimovdan geri qalır.

 

Lakin rekordçu komandaya 9 il (1988-1997) rəhbərlik edib. “Neftçi”nin digər prezidentlərindən Rövnəq Abdullayev 4, Aqil Paşayev isə 1 titulun qazanılması zamanı paytaxt təmsilçisinin başında olub.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər