"Tiflisə "Çixura"nı keçməyə yollanırıq. Bu vəzifənin öhdəsindən gələcəyimizə inanıram". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov "Çixura" ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü öncəsi deyib.
O bildirib ki, Tiflisdə təhlükəsizlik baxımından heç bir problemləri olmayacaq: "İlk görüşdə baş vermiş təxribatdan sonra məsələyə Gürcüstanın dövlət rəsmiləri səviyyəsində münasibət bildirilb. Futbolun bu dərəcədə böyük siyasət olduğunu bilməzdim. Bizim təhlükəsizliyimiz yüksək səviyyədə təmin olunacaq. Bircə çıxıb meydanda öz sözümüzü demək qalır. Buna da inamım sonsuzdur".
sportnet.az