"Maraqlı oyun izlədik. Komandamız oyunu ilə bizi sevindirdi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
"Çixura" - "Neftçi" matçını (2:3) canlı izləyən AFFA başçısı matçdan sonra fikirərini bildirib: "Neftçi" cari mövsümdə ikinci dəfədi mərhələni səfərdə keçir. Bu, sevindirici haldı. Deməli, artıq səfərdə də oynamağı bacarırıq. Hansısa psixoloji gərginlik yaşamırıq".
Abdullayev "Neftçi" və "Qarabağ"ı çətin play-off oyunlarının gözlədiyini bildirib: "Qarşıda play-off oyunları var. Etiraf edək ki, çətin oyunlar olacaq. Dünən “Qarabağ”ın da oyununu izlədim. “Qarabağ” uduzsa da, yaxşı çıxış etdi. Ancaq rəqibimiz çox güclü idi və səviyyə fərqi öz sözünü dedi. Oyundan sonra “Qarabağ”ın üzvləri ilə də görüşdük və onlara pley-off mərhələsində də uğurlar arzuladıq.
Fanat.az